Qırğızıstan parlamenti prezidenti impiçment edir

8-10-2020, 00:02           
Qırğızıstan parlamenti prezidenti impiçment edir
Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.

Teref.az-ın məlumatına görə, “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan müxalif “Ata Meken” partiyasının deputatı Kanıbek İmanəliyev məlumat verib.

“Bir qrup parlamentari impiçment sənədini imzaladılar. İmpiçment çox mürəkkəb bir prosedurdur, amma bunu başlatdığımızı deyə bilərik”, – K. İmanəliyev qeyd edib.

Qeyd edək ki, Qırğızıstanda Prezidentin vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini parlament üzvlərinin üçdə biri imzalamalıdır.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru