Türkiyədə son sutkada koronavirusdan 56 nəfər ölüb

8-10-2020, 01:23           
Türkiyədə son sutkada koronavirusdan 56 nəfər ölüb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 56 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 116 608 şübhəli koronavirus testindən keçib, onlardan 1581-nin cavabı pozitiv çıxıb, 1355 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1411 nəfər olub.

Türkiyədə ümumilikdə 329 138 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 288 954 nəfər sağalıb, 8609 nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.