Qazaxıstanlı politoloq:"Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır"

8-10-2020, 22:53           
Qazaxıstanlı politoloq:"Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır"
Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın şahidi oluruq. Bu münaqişə 30 ilə yaxındır ki, həllini tapmayıb. Beynəlxalq ictimaiyyət bu məsələnin birbaşa həllini tapmağa çətinlik çəkir. Hər hansı bir dövlət, xalq ölkəsinin ərazi bütövlüyünü qorumağa çalışır. Bu baxımdan bu gün Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır.

Bu fikirləri Azərtac-a müsahibəsində qazaxıstanlı politoloq Kazbek Mayqeldinov bildirib.

O qeyd edib ki, Qazaxıstan münaqişənin beynəlxalq hüququn normaları əsasında həllinin tərəfdarıdır. Türkiyə Azərbaycana əsl qardaş kimi mənəvi dəstək göstərir. Əslində, qazax xalqı sosial şəbəkələrdə “Mən azərbaycanlıyam” çağırışı edir. Bu, qazax xalqının belə çətin məqamda türk qardaşlarına mənəvi dəstək göstərmək istəklərindən irəli gəlir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru