Türkiyənin xüsusi xidmət orqanları təhlükəli terrorçunu zərərsizləşdirib

9-10-2020, 03:48           
Türkiyənin xüsusi xidmət orqanları təhlükəli terrorçunu zərərsizləşdirib
Türkiyənin xüsusi xidmət orqanları İraqın şimalında PKK terror təşkilatının başçılarından birini zərərsizləşdirib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələr bildirib.

Məlumata görə, “Jir” ləqəbi ilə tanınan Mazlum Demir Türkiyənin Silahlı Qüvvələrinin Milli Kəşfiyyat Təşkilatı ilə birlikdə Qara ərazisində keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib.

Mənbələrin məlumatına görə, Demir terror aktında istifadə üçün Türkiyəyə partlayıcı maddələr və döyüş sursatları daşımağa hazırlaşırmış.

O, 2011-ci ildə Türkiyənin Hakkari əyalətinin cənub-şərqində təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı terror aktının hazırlığı ilə əlaqədar saxlanılıb.

Demir həbsdən azad edildikdən sonra 2013-2019-cu ildə Türkiyə ərazisində təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarında iştirak edib. Terrorçu bundan sonra İraqın şimalında PKK-nın fəaliyyətini əlaqələndirib.

Mazlum Demir İnterpol xətti ilə axtarışda olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru