“Ərdoğan Qarabağ məsələsində dünyaya meydan oxuyur” – Le Monde

10-10-2020, 00:05           
“Ərdoğan Qarabağ məsələsində dünyaya meydan oxuyur” – Le Monde
Fransanın “Le Monde” nəşri Türkiyə və onun lideri Rəcəb Tayyip Ərdoğan barədə diqqətçəkən məqalə dərc edib.

Türkiyə KİV-i xəbər verir ki, məqalədə Rəcəb Tayyip Ərdoğanın Qarabağ məsələsində dünyaya oxuduğu vurğulanıb. Müəllif Alan Frachon qeyd edib ki, Türkiyə Prezidenti Kreml və Ağ Evi ələ salıb.

Alan Frachonun fikrincə, Ərdoğanın Azərbaycanın Qarabağda başlatdığı əks-hücum əməliyyatına açıq dəstək verməsi onun Moskva və Vaşinqtondan qorxmadığını göstərir. "O (Ərdoğan), Moskva və Vaşınqtondan qorxmur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, dünya liderlərinə meydan oxuyur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.