Türkiyə və Kanada XİN başçıları telefonla danışıb – Dağlıq Qarabağla bağlı müzakirə aparılıb
10-10-2020, 01:12
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu kanadalı həmkarı Fransua Filipp Şampanla telefonla danışıb.
Türkiyə XİN-nin yaydığı məlumata görə, telefon söhbətində nazirlər Türkiyə ilə Kanada arasında əlaqələr və Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, Türkiyədə istehsal olunan İHA və SİHA havadan müdafiə vasitələrində istifadə olunan kamera sistemləri Kanada şirkətlərindən alınır. Kanadanın Xarici İşlər Nazirliyi bir neçə gün öncə Dağlıq Qarabağda istifadə etdiyi iddiaları ilə Türkiyəyə bu kamera sistemlərinin ixracatını dayandırmaqla bağlı bəyanat yayıb. (apa)