Türkiyə KİV-ləri: Elə ilk andan humanitar atəşkəsi pozmaq Ermənistanın terrorçu mahiyyətini göstərir

11-10-2020, 11:10           
Türkiyə KİV-ləri: Elə ilk andan humanitar atəşkəsi pozmaq Ermənistanın terrorçu mahiyyətini göstərir
Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.

Türkiyə KİV-ləri bildirir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Glabal, Büngü TV, CNN Türk telekanalları, habelə "Akşam”, "Milliyət”, "Sabah”, "Sözçü”, "Yeni çağ” və s. qəzetləri yayıb. (AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru