Erməni lobbisi Türkiyəyə qarşı: - Qətnamə təqdim edildi

19-10-2020, 16:42           
Erməni lobbisi Türkiyəyə qarşı: - Qətnamə təqdim edildi
ABŞ Nümayəndələr Palatasına Türkiyənin NATO-dan kənarlaşdırılması ilə bağlı qətnamə təqdim edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Amerika Erməniləri Milli Komitəsi yayıb. Məlumata görə, qətnamənin müəllifi erməni lobbisinin məşhur üzvü Tulsi Qabbarddır. Qətnamədə Türkiyənin Qarabağda Azərbaycanın yanında olduğu üçün alyansdan uzaqlaşdırılması gərəkdiyi bildirilib.

Qeyd edək ki, Qabbard Havay adalarından olan konqresmendir. ABŞ ordusunun keçmiş mayoru olan Qabbard həm də hinduizm dininə ibadət edir. O, ABŞ Konqresinə seçilən ilk hinduist inanclı konqresmen kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru