Türk tankları hərəkətə keçdi – Ermənilər bərk qorxuya düşüb

22-10-2020, 17:10           
Türk tankları hərəkətə keçdi – Ermənilər bərk qorxuya düşüb
Türkiyə silahlı qüvvələri Ankara bölgəsində canlı atışlarla genişmiqyaslı təlimlərə başlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

“Atəş Sərbəst-2020” adlanan təlimlərdə “Fırtına” özüyeriyən zirehli texnikalar, “Korkut” hava hücumundan müdafiə sistemi və “Kargu” kamikadze pilotsuz təyyarələri və başqa texnikalar iştirak edir.

Təlimlər çərçivəsində mindən çox əsgərin iştirakı ilə OMTAS orta mənzilli tank əleyhinə raket sistemləri və Türkiyə istehsalı olan silahlar da istifadə olunur.

Təlimlər çərçivəsində 37 fərqli yeni hərbi silah ilk dəfə və uğurla istifadə edilib.

Haşiyə: Erməni mediası bu informasiyanı qorxu içində yayaraq bildiriblər ki, təlimlər rəsmi Ankaranın Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi üçün Azərbaycanın ədalətli mübarizədə dəstəyinə dair bəyanatından sonra başlayıb. Manşet şəkili kimi türklərin istehsal etdikləri tankın fotosunu yerləşdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru