Avropadakı müsəlmanlar ayrı-seçkiliyə məruz qalır - Ərdoğan
2-11-2020, 04:46
Avropa ölkələrində yaşayan müsəlmanlar sistematik olaraq ayrı-seçkiliyə məruz qalır, hüquq və azadlıqlarından məhrum edilir.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "Bəşəriyyətin gələcəyini, fərqli dinlərin və mədəniyyətlərin bir yerdə yaşamasını təhdid edən hərəkətlərə "dur" deməyin vaxtı gəlib".