Salih Yılmaz: “Bayden qalib gəlsə Türkiyədən birinci bunu istəyəcək...”

6-11-2020, 18:43           
Salih Yılmaz: “Bayden qalib gəlsə Türkiyədən birinci bunu istəyəcək...”
Qələbə qazanacağı təqdirdə, Bayden Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərini(SAM) alması ilə əlaqədar vəziyyəti həll etməli olacaq.

Qaynarinfo xəbər verir ki, bu fikri TASS müxbirinə verdiyi müsahibədə türkiyəli politoloq,Rusiya Tədqiqat İnstitutunun (RUSEN) rəhbəri Salih Yılmaz deyib.

"Türkiyəilə həll ediləcək ilk problem S-400 məsələsidir. Bu danışıqlarda ABŞ-ın [Bayden hakimiyyətə gəlsə] bu mövzuda yeni bir təklif verəcəyi gözlənilir", -Yılmaz bildirib. – Türkiyə S-400-dən imtina etməyəcək. O zaman, bəlkə də ABŞ,Türkiyəyə istədiyi şərtlərlə Patriot hava müdafiə sistemi təqdim etməyi qəbuledəcək".

Eyni zamanda, Yılmaz Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, S-400 səbəbiyləTürkiyəyə qarşı sanksiya tətbiq olunmasına qərar verə biləcəyini də istisna etməyib.

"S-400-ləbağlı vəziyyət həll olunmasa, Bayden rəhbərliyi mütləq CAATSA ("Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qaydası" qanunu. - TASS) çərçivəsində sanksiya tətbiq edəcək. Bu vəziyyətdə Türkiyə ilə ABŞ arasındakı münasibətlərdaha da gərginləşəcək. aralarında bir nəticə əldə etmək üçün Baydenin Türkiyə ilə münasibətləri normallaşdırmaq üzərində işləyəcəyini gözləyirik. Ancaq heç biruzlaşma əldə olunmazsa, ABŞ sanksiyaları Türkiyə iqtisadiyyatını hədəf alacaq,bu da ölkəni erkən seçkilər keçirməyə məcbur edə bilər", - RUSEN rəhbərideyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.