Ərdoğan: Terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər

13-01-2021, 23:57           
Ərdoğan: Terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər
Türkiyə sosial şəbəkələrin diktəsinə tabe olmayacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Feysbuk və Tvitterin Ağ Ev rəhbəri Donald Trampla bağlı qərarını şərh edərkən deyib.

“İnternet və sosial şəbəkələrin bizə verdiyi rəqəmsallaşma və arxaynlıq ciddi risklər yaradır. ABŞ-da seçkilər ətrafında baş verən mübahisələr göstərdi ki, rəqəmsal faşizm nələrə gətirib çıxara bilər. Əsas təhlükə odur ki, terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər. Biz sosial şəbəkələrin bir çox özbaşınalıq halları ilə qarşılaşdıq, lakin onların diktəsinə tabe olmayacağıq”, – deyə türk lider bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyədə milli mesajlaşma xidmətlərindən istifadə artır və bu getdikcə güclənib-genişləniləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru