Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə dəstək qrupu Qabona çatdı

27-01-2021, 07:12           
Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə dəstək qrupu Qabona çatdı
Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.

Teref.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, qrup üzvləri səfir Nilüfer Erdem Kayğısız tərəfindən qarşılanıb.

Paylaşımda dəstə üzvlərinin gəminin lövbər saldığı Port Gentil Limanına gedərək gəmiyə minəcəyi bildirilib.

Yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına hərəkət edib.report/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru