Türkiyəyə turlar bahalaşdı

27-01-2021, 07:16           
Türkiyəyə turlar bahalaşdı
2021-ci ilin yayında erkən rezervasiya mərhələsində Türkiyəyə tətil qiyməti 15% artıb.

Teref.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.

Turoperatorlar yay ayları üçünTürkiyəyə satışların aprelə yaxın pik həddə yüksələcəyini gözləyirlər.

“İndi qiymətlər “planlandığı kimi” keçən ilə nisbətən 15 %-ə qədər artıb. Hələlik iyun ayında Türkiyənin “hər şey daxil” “beşliyi”nə iki nəfərlik bir həftəlik turu 60 min rubla (1 356 AZN) almaq olar. Mövsüm başladıqdan sonra Türkiyəyə qiymətlərin daha da artması ehtimalı var”, - deyə bildirilir.

Qeyd olunur ki, Türkiyəyə tətillər üçün erkən edilən sifariş kampaniyaları 31 mart 2021-ci il tarixinədək etibarlıdır. Hal-hazırda Türkiyə kurortlarına turlar gedişlə oktyabr ayının sonuna qədər sifariş edilə bilər. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru