Türk kəşfiyyatı və polisindən ortaq əməliyyat : FETÖ "imamı" xaricdə paketlənib Türkiyəyə gətirildi
29-01-2021, 11:26
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) "imamı" Əhməd Yigit yaxalanaraq Türkiyəyə gətirilib.
Avropa.info xəbər verir ki, Yigit Şimali Kİpr Türk Cümhuriyyətində həbs olunub.
Əhməd Yigitin FETÖ-nün Daxişi İşlər Naziriliyindəki qanunsuz qruplaşmasında yer almaqla, Hatay polisində terror təşkilatının "imamı" olduğu bildirilir.Onun FETÖ-yə qarşı əməliyyat başlayandan sonra Türkiyədən qaçdığı qeyd olunur.