Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 3 millət vəkili istefa verdi : "HDP-nin dizinin dibində iqtidar olmaq istəyən CHP istəmirik"

29-01-2021, 20:07           
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 3 millət vəkili istefa verdi :
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından olan 3 millət vəkili partiyadan istefa verdiklərini bəyan ediblər.

Avropa.info xəbər verir ki, CHP İzmir millət vəkili Mehmet Əli Çələbi, Karabük millət vəkili Hüseyn Avni Aksoy, Yalova millət vəkili Özcan Özəl Türkiyə Böyük Millət Məclisində təşkil etdikləri mətbuat konfransında partiyasından istefa verdiklərini açıqlayıblar.

İzmir millət vəkili Mehmet Əli Çələbi istefa qərarlarını belə açıqlayıblar.

"CHP rəhbərliyi yanlışları həll etməkdənsə, bizi pozucu olaraq görürlər. Biz başqa partiyalar üçün çalışan CHP halına gəldik. Atatürkün adını anmaqdan çəkinən CHP var. HDP-nin qarşısında əzilən bir CHP var. Hiylələrlə dizayn edilən qurultaylara, ağıllarına istefa fikiri gəlməyən vəzifə sevərlərin olduğu bir CHP var. Abdullah Gül kimilərinə bel bağlayan CHP var. HDP-nin dizinin dibində iqtidar axtaran CHP var", deyə keçmiş CHP-li deputat bildirib.

Qeyd edək ki, bu bəyanatdan sonra CHP-nin deputat sayı 135-ə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru