Türkiyədə COVID-19:son sutkada 6912 nəfər yoluxub

30-01-2021, 00:06           
Türkiyədə COVID-19:son sutkada 6912 nəfər yoluxub
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 131 nəfər dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6912 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8093, ağır xəstələr isə 1740 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 464 030 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 348 309 nəfər sağalıb, 25 736 nəfər isə vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru