Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Xristian Demokratik İttifaqı Partiyasının yeni sədri Armin Laşetlə telefon əlaqəsi saxlayıb.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri Laşeti yeni sədr seçilməsi münasibətilə təbrik edib.
Eyni zamanda, Ərdoğan Laşetin Türkiyə-Almaniya münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynayacağına və türk cəmiyyətinə qarşı pozitiv davranışını yeni vəzifəsində dədavam etdirəcəyinə inandığını bildirib.