Türkiyəyə yatırılan xarici investisiyaların həcmi 16% azalıb – Mərkəzi Bank

16-02-2021, 00:48           
Türkiyəyə yatırılan xarici investisiyaların həcmi 16% azalıb –
Ötən il Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 16,5% azalaraq 7,733 mlrd. ABŞ dolları təşkil edib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə bu rəqəm 9,266 mlrd. dollar olub. Xarici rezidentlər tərəfindən 2020-ci ildə qoyulan investisiyaların həcmi 5,669 mlrd. dollar təşkil edib. 2019-cu ildə bu rəqəm 5,878 mlrd. dollar olub. Koronavirus pandemiyasına baxmayaraq, bu göstərici cəmi 3,6% azalıb.

Türkiyəyə birbaşa xarici investisiyanın ən böyük həcmi İtaliya tərəfində yatırılıb – 977 mln. dollar. Bu ölkənin ardınca ABŞ (798 mln. dollar), Böyük Britaniya (693 mln. dollar), Lüksemburq (436 mln. dollar) və Qətər (399 mln. dollar) kimi ölkələr gəlir.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru