Türk milli döyüş təyyarələrinin alt sistemlərinin hazırlanmasına başlanır

16-02-2021, 21:13           
Türk milli döyüş təyyarələrinin alt sistemlərinin hazırlanmasına başlanır
Türk milli döyüş təyyarəsinin alt sistemlərinin hazırlanmasına başlanılır. Türkiyənin TUSAŞ və “TRMotor” şirkətləri arasında MMU milli döyüş təyyarələrinin alt sistemlərinin hazırlanmasına dair müqavilə imzalanıb.

TED.az xəbər verir ki barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) məlumat yayıb.

Müqavilə çərçivəsində “TRMotor” şirkəti MMU döyüş təyyarəsinin APU və ATSS sistemlərini istehsal edəcək.

Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib. TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və istehsal edilən milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa, MMU təyyarəsi ASELSAN və TUSAŞ şirkətlərinin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək.

Həmçinin MMU-da ASELSAN-ın istehsalı olan radioelektron mübarizə sistemi, raket hücumundan xəbərdarlıq sistemi, lazer xəbərdarlıq sistemi quraşdırılacaq. Bundan başqa, MMU döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğaları qarışdıran sistemlə təchiz olunacaq.

MMU beşinci nəsil döyüş təyyarəsinin 2023-cü il martın 18-də anqardan çıxarılması planlaşdırılır. Milli döyüş təyyarəsinin çatdırılmasına 2025-ci ildə başlanacaq. Sertifikasiya prosesi də 3 il çəkəcək. Beləliklə, Türkiyənin milli döyüş təyyarəsi 2029-cu ildə xidmətə başalayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.