“Amerika ilə savaşa hazırmısınız?” – Türkiyəyə hücum olacaq - Nedim Şener

17-02-2021, 11:58           
“Amerika ilə savaşa hazırmısınız?” –
“Ərazisini bölməklə terror dövləti yaratmaq məqsədindən əl çəkməyən ABŞ-la bağlı həqiqətləri açıq şəkildə müzakirə etməyin vaxtı gəldi. Çünki bir müddətdən sonra buna qarşı durmaq lazım gələcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hurriyet”in köşə yazarı, tanınmış analitik Nedim Şener vurğulayıb.

O qeyd edib ki, Türkiyənin 13 vətəndaşını şəhid edən terrorçu PKK-nın bu qırğınından sonra onlara silahı verən ABŞ-ın rolu hər tərəfdən müzakirə olunur. Bu səbəbdən illərdir “Amerika kimi bir müttəfiqiniz varsa, sizə heç bir düşmən lazım deyil. Amerika “demokratiya, qanun və insan hüquqları” sözləri ilə “terrorizmi dəstəkləyən bir ölkə” mövqeyində olduğunu bir daha sübut etdi.

Nedim Şener daha sonra yazır: Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin sözçüsü “PKK bunu etdisə” elanından sonra Dövlət katibi Blinkenin PKK-nın qırğında rolunu qəbul etməsi, izlədikləri riyakar siyasəti göstərmək baxımından əhəmiyyətli idi.

Əslində Prezident Ərdoğan bunu ən yüksək səviyyədə dilə gətirdi: “Amerikanın verdiyi bir açıqlama var. Terrorçuların yanında deyildin, PKK, YPG, PYD-nin yanında deyildin? Sən də yanındasan və arxasındasan. NATO-da sizinlə bir yerdəyiksə, dünyada, NATO-da sizinlə işbirliyimizi davam etdirəcəyiksə, bizim üçün səmimi olacaqsınız. Terrorçularla bir yerdə dayanmayacaqsınız. İştirak edəcəksinizsə, bizimlə olacaqsınız. Öldürülən 13 Türkiyə vətəndaşının qanı terror təşkilatını müdafiə edən, dəstəkləyən və ona simpatiya göstərən hər kəsin əllərini çirkləndirdi”.

MÜTTƏFİQMİ, YOXSA SÖZDƏ MÜTTƏFİQ

Bundan əlavə, Ərdoğan ”terror təşkilatının başını tamamilə əzmək bizim boynumuzun borcuna çevrildi. Artıq ölkədəki qırğından sonra heç kəs Türkiyə, İraq və Suriyadakı əməliyyatları soruşdura bilməz” sözləri Türkiyənin terrorla mübarizəsində izləniləcək strategiyanı ortaya qoyur.

ABŞ-ın terror təşkilatı PKK/YPG-yə dəstək verməsi Türkiyənin terrorla mübarizəsində ABŞ-la qarşı-qarşıya gəlməsi deməkdir.

Türkiyə beynəlxalq hüquqa uyğun olaraq sərhəd xaricində, İraq və Suriyada terrorla mübarizə verir. Burada da Amerika əslində PKK-nın yanındadır; Yəni günün birində çox uzun olmayan zaman içərisində qarşı- qarşıya gəlməsi qaçınılmazdır.

Yalnız bu sahədə deyil, həm də bütün cəbhələrdə Amerika Türkiyəyə hücum edəcək.

Bir müddət əvvəl Türkiyə üçün “müttəfiqdir” deyən ABŞ dövlət katibi NATO üzvü kimi ölkəmiz və rəsmilərimiz haqqında “müttəfiqlər və strateji tərəfdaşlar” olduğunu xatırladır. Ancaq özləri bu anlayışlara uyğun gəlmirlər.

Hələ də Amerika Birləşmiş Ştatları Türkiyəyə Patriot milli müdafiə sistemini satmadığı halda Rusiyadan S-400 raketlərini gündəmdən çıxartmaq üçün bir şərt irəli sürür.

Sözü uzatmağa ehtiyac yoxdur: ABŞ bir tərəfdən Türkiyəni müdafiəsiz buraxdı. Digər tərəfdən Türkiyənin düşməni olan PKK və FETÖ terror təşkilatına dəstək verən ABŞ-la diplomatik sahədə deyil, hərbi sahədə də qarşıdurma qaçınılmaz görünür”.

Məhəmmədəli Xanlaroğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.