Türkiyə və Rusiya buna görə birləşib... - Ayrapetov

28-02-2021, 11:20           
Türkiyə və Rusiya buna görə birləşib... - Ayrapetov
Türkiyənin fərqli bir tarixi təcrübəsi mövcuddur.

Axar.az xəbər verir ki, bunu rus tarixçi Oleq Ayrapetov ABŞ-ın “Stratfor” analitik şirkətinin Türkiyə ilə bağlı hazırladığı xəritə haqqında danışarkən deyib.

O bildirib ki, Türkiyə Qarabağdakı zəfərdə arxa planda yer aldı və müharibənin gedişatını dəyişdirmək gücünə sahib idi.

Tarixçinin sözlərinə görə, Rusiya və Türkiyə böyük mənfəətlər ətrafında birləşib:

“Buna misal olaraq “Cənub axını”nın inşasını, nüvə enerji sahəsindəki əməkdaşlığı göstərmək olar”.

O.Ayrapetov qeyd edib ki, Polşa və Ukrayna Türkiyəni cəbhə xəttinin cənub qanadına çəkmək istəyir:

“Əgər Türkiyə, Ukrayna və Polşa koordinasiyalı şəkildə hərəkətə keçərsə, onda bu, Rusiya üçün yaxşı olmaz. Güclü bir qruplaşma yarada bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru