Türkiyə şokda - İki qəzet redaksiyasına eyni vaxtda silahlı hücum - FOTO

11-02-2016, 12:52           

Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və "Molotov kokteylli" basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib. Bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki "Molotov kokteylləri"ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da "Molotov kokteyli" atılıb, ofis atəşə tutulub.

"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

Hadisə ilə bağlı polis araşdırma aparır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru