“60 sent taxıl yığmaq mümkündür, sadəcə...” - Türkiyəli nazir Qarabağda

19-03-2021, 19:16           
“60 sent taxıl yığmaq mümkündür, sadəcə...” -
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli Qarabağın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Türkiyənin Bakı səfirliyindən verilən məlumata görə, B.Pakdemirli kənd təsərrüfatı naziri İnam Kərimov ilə birlikdə Cəbrayıl rayonunda yem bitkiləri toxumu əkiblər.

Ardınca isə Zəngilanda olan nazirlər "Qardaşlıq bağı"nda 5 ha. ərazidə Türkiyədən gətirilən meyvə ağaclarını əkiblər. Bu, iki qardaş dövlət arasında əlaqələrin, birliyin növbəti bariz təzahürüdür.

Türkiyəli nazirin Qarabağa səfəri barədə “Sherg.az”a danışan millət vəkili Aqil Abbas bunu yüksək qiymətləndirdi:

“Əlbəttə, sağ olsun ki, gəlib. O, mütəxəssisdir. Harda nəyi əkmək lazım olduğunu yaxşı bilir. Şübhəsiz, tövsiyələrini verdi. Amma gərək hər şeyi qardaşdan gözləməyək. Özümüz də iş görək. Qarabağda 60 sent taxıl yığmaq mümkündür. Sadəcə torpaq monopolistə yox, kəndliyə verilməlidir. Onda nəticə də, məhsul da olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru