“Şortik” geyindiyinə görə qonşusu tərəfindən DÖYÜLƏN QIZ GÖRÜN KİM İMİŞ

18-05-2021, 05:13           
“Şortik” geyindiyinə görə qonşusu tərəfindən DÖYÜLƏN QIZ GÖRÜN KİM İMİŞ
Türkiyənin Antalya şəhərində universitet tələbəsi Elif Ülkü Eroğlu küçədə qonşusu Mahsun Tatar tərəfindən fiziki zorakılığa məruz qalıb.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zibil atmağa gedən qız qonşusu tərəfindən ağır söyüşlərlə təhqir olunub.

Buna səbəb gənc qızın qısa şort geyinməsi olub. Daha sonra həmin şəxs gənc qızı saçlarından tutaraq yerdə sürüyüb və döyüb.

Qızın səsini eşidən ailəsi dərhal onu xilas edib. Polis bölməsinə aparılan M.Tatar iddiaları rədd edərək, əksinə qızın ona hücüm etdiyini bildirib.

Antalya polisi faktla bağlı araşdırmalara başlayıb. Sözügedən hadisə sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru