Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib

20-05-2021, 00:01           
Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
Onun yaxalanmasına kömək üçün 10 milyon türk lirəsi məbləğində mükafat təyin edilmişdi.
Türkiyənin cənub-şərqində zərərsizləşdirilmiş PKK-nın iki terrorçusundan biri respublikanın Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan cinayətkarlardan olub.

Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin xəbərində deyilir.

Qeyd edilir ki, “Aqit Bismil” kod adı ilə tanınan Aydın Şimşek 2018-ci ildən çoxlu sayda dinc sakininin qətlində və yaralanmasında məsuliyyət daşıyıb.

Onun yaxalanmasına kömək üçün 10 milyon türk lirəsi məbləğində mükafat təyin edilmişdi.

Məlumata görə, terrorçular Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) tərəfindən əldə olunmuş məlumatlar əsasında keçirilmiş xüsusi əməliyyatın gedişatında Diyarbəkir əyalətinin Liçe rayonunda zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru