Türkiyənin hər yerində eyni vaxtda İstiqlal marşı oxundu (VİDEO)

19-05-2021, 23:07           
Türkiyənin hər yerində eyni vaxtda İstiqlal marşı oxundu (VİDEO)
Türkiyənin hər yerində 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü milli bayramı münasibətilə yerli vaxtla saat 19:19-da İstiqlal marşı oxunub.

Vətəndaşlar evlərinin balkon və pəncərələrindən əllərində Türkiyə bayraqları ilə İstiqlal marşını oxuyublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan marşın oxunmasına Cankaya köşkündən qatılıb.

Qeyd edək ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk 1919-cu il mayın 16-da "Bandırma” gəmisi ilə İstanbuldan yola çıxıb və üç gün sonra Samsun sahillərinə çatıb. Samsunda işğal altında olan türk torpaqlarını düşməndən azad etmək üçün milli qurtuluş savaşı elan olunub. Bu münasibətlə Türkiyədə hər il 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru