Türkiyədən dron hökmranlığı: - Minaatanlı kvadrokopter

13-07-2021, 11:30           
Türkiyədən dron hökmranlığı: -
Türkiyənin ilk döyüş kvadrokopteri olan "SONGAR" təkmilləşdirilib. Müdafiə sənayesinin elmi-tədqiqat institutu TÜBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) nümayəndələri bu dronların yerli "TOGAN" adlı ağıllı sursatla silahlandırıldığını bəyan ediblər. 81 mm-lik minaatan sursatı olan “TOGAN” "SONGAR"a inteqrasiya edildikdən sonra atış sınaqlarından uğurla keçib.
Azvision.az xəbər verir ki, bu barədə TÜBİTAK-ın mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, kvadrokopterin çəkisi 25 kq, əməliyyat məsafəsi 16 km, uçuş hündürlüyü isə 2,8 km-dir. Dron real vaxt rejimində keyfiyyətli video ötürə bilən, gecə və gündüz kamerası ilə təchiz edilib. Kiçik PUA-lar 5.56x45 mm çaplı 200 patron daşıya bilir və avtomatik atəş sistemi ilə təchiz edilib. Onu da vurğulayaq ki, "SONGAR" avtomat, pulemyot və ya 40 mm-lik qumbara atanla- “Akdas AK40-GL” (Türkiyə istehsalı) silahlana bilir. Türk dronları kiçik bomba atma qabiliyyətinə də malikdir.


Qeyd edək ki, “SONGAR” bu ilin əvvəlində ictimaiyyətə təqdim edilib. Türk hərbi dronunu uçan snayper də hesab edirlər. “Asisguard” elektronika firması tərəfindən istehsal edilən “SONGAR”lar ilk günlərdən Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib.
Yeni təkmilləşmədən sonra “SONGAR”ın sursatları imkan verəcək ki, o daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Türk dronları hədəfdən daha uzaqda zərbə endirə bilir. Bu da onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulmasını da çətinləşdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.