Türkiyə Tokio-2020-də necə çıxış edir? - SIRALAMA

29-07-2021, 07:09           
Türkiyə Tokio-2020-də necə çıxış edir? - SIRALAMA
Tokio-2020 Yay Olimpiya Oyunlarında 29 növ üzrə mübarizə gedib.

Sportinfo.az xəbər verir ki, daha 23 dəst medal 3X3 basketbol, idman gimnastikası, velosiped, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, avarçəkmə, reqbi, üzgüçülük və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 95 dəst medala 62 ölkənin idmançıları yiyələnib.

Yaponiya 22 (13 qızıl, 4 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

27 (12 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanan Çin 2-ci sıraya yüksəlib. Medal əyarında 3-cü yeri isə 11 "qızıl", 11 "gümüş" və 9 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 53-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru