Bu, yaxşı hal deyil, böyük zəlzələlər olacaq - Görür
29-07-2021, 08:49
Həmişə deyirəm, bu, yaxşı hal deyil. Həm Yeddisu, həm də Göynük faylarında böyük zəlzələlər olacağını gözləyirik.
Axar.az xəbər verir ki, bunu Türkiyənin tanınmış mütəxəssisi Naci Görür bildirib.
Böyük yeraltı təkanların Adaqlı-Quşçəmənin cənubunda və Şərqi Anadolu fayına paralel uzanan bir sürüşmə fayında olduğunu deyən Görür buradakı yaşayış məntəqələrində təcili tədbirlərin görülməsini vacib sayıb.