Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşaya getdi
29-07-2021, 10:05
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər və Milli Məclisin sədri Sahibə Qafarovanın Şuşa şəhərinə səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, onlar şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.