"Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib"

29-07-2021, 22:22           
"Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib"
Ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib", - prezident qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru