Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı – ANBAAN VİDEO

30-07-2021, 11:34           
Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı –
Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.

“Anadolu” agentliyi xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.

Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru