Türkiyəli məşhur model göz yaşları içində fəryad etdi: “Yalvarıram, dəstək istəyirəm” - FOTO/VİDEO

30-07-2021, 10:27           
Türkiyəli məşhur model göz yaşları içində fəryad etdi:
Türkiyənin Manavqat rayonunda başlayan meşə yanğınları model Tuğba Özayın da fermasını və evini yararsız hala salıb.

“Instagram” hesabından video yayan məşhur göz yaşları içində səlahiyyətlilərdən kömək istəyib.

Yanğın baş verən əraziyə gedən Özay evlərinin alovlandığını görüb.

“Fermamız, evimiz, kəndimiz, hər yer yanır. Heç bir yerimi hiss etmirəm. Bütün səlahiyyətlilər, nə olar gəlin”, - deyə o, avtomobildən çəkdiyi videoda hönkürə-hönkürə ağlayaraq deyib.

Xəstəxanadan da video paylaşam model iflic keçirdiyini, bədəninin hərəkətsiz olduğunu bildirib.

“Dünəndən yalvarıram, dəstək istəyirəm. Hər yer yandı”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru