Türkiyənin Qafqazdakı rolu... – Amerikalı politoloq

19-09-2021, 10:34           
Türkiyənin Qafqazdakı rolu... –
Türkiyə dünyanın bir çox bölgəsində vacib rola malikdir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Prinkton Universitetinin professoru, siyasi şərhçi Maykl Reynolds deyib.

O bildirib ki, Türkiyənin çoxtərəfli və ya çoxqütblü qlobal sistem baxımından daha da əhəmiyyətli ölkə olacağına şübhə yoxdur:

“Çünki bu ölkə həssas coğrafiyada yer alır: Balkan yarımadasının bir hissəsi, Avropa, Qara dəniz bölgəsi, Qafqaz və Yaxın Şərq. Bu da Türkiyəni hər zaman vacib bir faktora çevirir. Bütün bunlar son 10 ildə sabitlik üçün bir çox təhdidlə üzləşən bölgələrdir. Məncə, coğrafi mövqeyi ilə yanaşı, Türkiyəni önəmli edən bütün bu bölgələrlə mədəni əlaqələrinin olmasıdır. İstər Avropa olsun, istər Qafqaz, istərsə də Avrasiya - Türkiyə bu bölgələrin heç birinə yad deyil”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru