Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ

19-09-2021, 14:51           
Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ
Zəngəzur dəhlizinin açılıb-açılmaması siyasi məsələdir.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə Atatürk hava limanında keçirilən mətbuat konfransında deyib.


Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanın onunla görüşmək istəyinə cavab verib. Prezidentin sözlərinə görə, Gürcüstan baş naziri erməni həmkarının görüşmək təklifini ona çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır:

“Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyirsinizsə, burada müəyyən addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik. Görüş üçün müsbət bir yanaşma göstərərək, müvafiq addımlar atmalıdırlar. Əgər Gürcüstan baş nazirinin dialoq istəyi həqiqətən səmimidirsə, mən də səmimiyyətimi göstərəcəyəm və nəticədə diplomatik əlaqələr qurula bilər. Ümid edirəm ki, bu məsələdə mənfi deyil, müsbət yanaşma olacaq. İnşallah, Azərbaycanla Ermənistan arasındakı problem bu dəhlizlərin açılması ilə aradan qaldırılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru