Qazaxıstanda atışma: 5 nəfər həlak oldu

20-09-2021, 23:11           
Qazaxıstanda atışma: 5 nəfər həlak oldu
Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Almatı Şəhər Polis İdarəsi məlumat yayıb.

Hadisə sentyabrın 20-də baş verib. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Məlumata görə, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri, 1967-ci ildə anadan olmuş D. adlı şəxs məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru