Türkiyə Səhiyyə Nazirliyi: COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvənd doza sayı 105 milyonu ötüb

21-09-2021, 11:39           
Türkiyə Səhiyyə Nazirliyi: COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvənd doza sayı 105 milyonu ötüb
Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmədə lider ölkələr sırasında tutduğu mövqeyi qorumaqdadır.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, hər gün ölkə üzrə orta hesabla 500 min nəfərdən çox şəxs peyvənd olunur. Sentyabrın 20-də axşam saatlarına qədər ümumilikdə 105 milyon 611 min 261 doza peyvənd tətbiq olunub. Bu həftənin sonunadək vurulan vaksin sayının 110 milyonu ötəcəyi gözlənilir.

Qeyd edək ki, son sutkada Türkiyədə 346 min 435 nəfər COVID-19 testindən keçirilib. Onlardan 27 min 688 nəfərdə koronavirus aşkarlanıb. Gün ərzində 231 nəfər bu xəstəlikdən ölüb, 27 min 949 nəəfər sağalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.