Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...

21-09-2021, 19:53           
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
İran parlamentinə Ərdəbil əyalətinin Hermi şəhərindən seçilən millət vəkili Vəli İsmaili azərbaycanlı millət vəkili Elman Məmmədovun “İranın quyruğu varsa kəsərik” fikrinə münasibət bildirib.

Ovqat.com xəbər verir ki, İranlı deputat özünün Tvitter paylaşımında yazıb:

“Qoy Azərbaycan parlamentinin millət vəkili bilsin ki, bura İrandır ... İran aslanları 8 ildə 24-dən çox ölkə ilə mübarizə apardılar. 300 min şəhid verdilər, amma bir qarış torpaq vermədilər. Tarix şahiddir, torpağı yedik, amma torpağı vermədik. Aslanın quyruğu ilə oynamaq geri qayıtmaz nəticələrə səbəb ola bilər”.

Xatırladaq ki, Ərdəbil imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin bənzər fikirlərinə münasibət bildirən Elman Məmmədov cavab verərək demişdi: “Deyirlər, şirin quyruğu ilə oynamaq olmaz. Əgər quyruğunuz varsa, lazım gəlsə onu kəsmək də olar”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru