Peyvəndin tərkibində nə var? - Türk professordan şok açıqlama

23-09-2021, 08:50           
Peyvəndin tərkibində nə var? -
Peyvənd bizi xəstələnməkdən, xəstələnsək belə xəstəxanaya yerləşdirilməkdən, xəstəxanada yatsaq belə reanimasiyaya düşməkdən, reanimasiyada olsaq belə ölümdən qoruyur.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur türk professor Osman Müftüoğlu deyib.

Professorun "vaksinin tərkibində nə var" sualına cavabı maraqlı olub. O bildirib: "Peyvəndin tərkibində həyat, təhlükəsizlik, sağlam yaşam, azadlıq var. "Evdə qal, həyat evə sığışar" şüarı başa çatdı. Bu şüarlar peyvənd sayəsində son çatdı. İşimizə, məktəbə peyvəndin hesabına qayıtdıq. Peyvənd sayəsində indi dostlarla, doğmalarla maska ilə olsa da üz-üzə görüşürük.

Bir sözlə, peyvənddə sağlamlığımıza dair zəmanət var. Peyvənddə həyatı sağlam şəkildə davam etdirmək imkanı var. Yəni sağlam həyat tərzi seçimi var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru