Türkiyə hərbçiləri 11 terrorçunu zərərsizləşdiriblər

23-09-2021, 19:40           
Türkiyə hərbçiləri 11 terrorçunu zərərsizləşdiriblər
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgədə fəaliyyət göstərən birləşmələri PKK/YPG terror təşkilatına növbəti dəfə ağır zərbə vurublar.

AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinada xəbər verir ki, türk ordusu birliklərinin yerləşdiyi əraziyə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib. Qabaqlayıcı tədbir nəticəsində 11 nəfər PKK/YPG terrorçusu məhv edilib.

Nazirlik həyata keçirilən antiterror əməliyyatın videogörüntülərini də yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru