Atatürkü tanımayan "Taliban"ın türk komandiri: "Qanımız və canımızdır..."

24-09-2021, 00:04           
Atatürkü tanımayan "Taliban"ın türk komandiri: "Qanımız və canımızdır..."
“Taliban” ordusunun Kabil, Kapisa, Pənçşir və Pərvan bölgələri üzrə komandiri Kari Selahəddin el-Eyyubi türkiyəli jurnalistə maraqlı açıqlamalar verib.

Lent.az yerli mətbuata istinadən bildirir ki, komandir onlarla heç kimin, hətta İŞİD-in də mübarizə apara bilməyəcəyini vurğulayıb:

Türkiyəli jurnalist və "Taliban" rəsmisi

“İŞİD ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi bir layihə idi və son vaxtlar artıq onların gücü tükənib. Mücahid olaraq onları tamamilə məhv etdik. Bu layihənin Əfqanıstanda başa çatdığını asanlıqla deyə bilərəm. Heç kim bizə qarşı üsyan edə bilməz. 20 ildir ki, burada mübarizə aparırıq. Əl-Qaidə qrupunun burada olduğunu söyləməyin. Əvvəlki dövlətin dövründə var idi, amma indi geri çəkildi. Qonşularımıza da deyə bilərik: İŞİD və Əl-Qaidə ilə rahat olsunlar, indi biz İslam Əmirliyi olaraq təhlükəsizliyi təmin edirik. Sərhədlərimiz kommersiya baxımından açıqdır, gəlib ticarət edə bilərlər. Qonşu ölkələrə müdaxilə etmirik və etməyəcəyimizə söz veririk. Onların bizə zrər verəcək şəkildə müdaxilə etmələrini istəmirik. 11 sentyabr hücumlarının bizimlə heç bir əlaqəsi yox idi. Bu ABŞ-ın öz “layihəsi”dir”.

Kari Selahəddin el-Eyyubi Türkiyə ilə münasibətlərə də aydınlıq gətirib:

“Hər şeydən əvvəl türk olduğum üçün özümü xoşbəxt hiss edirəm. Türkiyənin Əfqanıstanın yanında olmasını istəyirik. Əfqanıstan xalqı çox əziyyət çəkdi, çoxlu şəhid verdi, tükəndi. Hər evdə yetimlər var. İqtisadi problemlərimiz də çoxdur. Hər yerə bombalı hücumlar edirlər. Yeganə ümidimiz Türkiyənin Əfqanıstanın yanında olmasıdır. Türklərin yaşadığı şimal bölgələrinə əhəmiyyət vermələrini istəyirik. İki ölkə arasındakı münasibətləri pozmaq istəyənlər var. Onların sözləri nəzərə alınmamalıdır. Türkiyədən Əfqanıstana dostluq gözləyirik. Diplomatik olaraq yaxın olmasını və İslam Əmirliyinə dəstək olmasını istəyirik. Türkiyəni qanımız və canımızla görürük”.

Bundan əlavə “Taliban” rəsmisi bildirir ki, Atatürk haqqında heç bir məlumatı yoxdur:

“Amma ümid edirəm ki, gələcəkdə onun haqqında oxuyub, öyrənəcəm. İslam Əmirliyində türklərin sayı heç də az deyil. Təxminən 31-33 min türk əsgəri var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.