Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib

26-09-2021, 10:30           
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Suriyanın şimal-qərbində PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı" əməliyyat zonasına hücum hazırlayan altı silahlısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Türkiyə xüsusi təyinatlı dəstəsinin döyüşçüləri "Zeytun budağı" əməliyyatının zonasında növbəti müvəffəqiyyətli əməliyyat keçiriblər. Regionda təhlükəsizlik və sülhü pozmağa çalışan silahlılar zərərsizləşdirilib”, - nazirliyin xəbərində deyilir.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru