Türkiyənin bu siyasəti ABŞ-ı qəzəbləndirir - İbrahimov

26-09-2021, 10:33           
Türkiyənin bu siyasəti ABŞ-ı qəzəbləndirir - İbrahimov
Türkiyənin tamamilə müstəqil siyasət aparması amerikalıları qəzəbləndirir.

Axar.az xəbər verir ki, "Valday" klubunun eksperti Fərhad İbrahimov "Sputnik"ə açıqlamasında deyib.

"Türkiyə bölgədəki maraqlarını dilə gətirir və bu, çox zaman Amerikanın maraqları ilə ziddiyyət təşkil edir. Üstəlik, vurğulamaq istərdim ki, Türkiyə Rusiya ilə münasibətlərini kəsmək niyyətində deyil, əksinə, onu inkişaf etdirmək və gücləndirmək istəyir. Bu məsələ Türkiyə üçün prinsipcə vacibdir, buna görə də Türkiyə indi Rusiya ilə daha dərin əməkdaşlıq, yeni silahların alınması üçün yeni bir yol xəritəsi təklif edir. Bundan əlavə, Türkiyə NATO-da liderliyə namizəd ölkədir. Təbii ki, bütün bunlar amerikalıları qəzəbləndirir", - deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru