ABŞ-dan Türkiyəyə növbəti xəyanət: - Vaşinqton kürdlərdən niyə möhkəm yapışıb?

27-09-2021, 17:04           
ABŞ-dan Türkiyəyə növbəti xəyanət: -


ABŞ-dan Türkiyəyə növbəti xəyanət: - Vaşinqton kürdlərdən niyə möhkəm yapışıb?
Tarix: Bu gün, 16:15 | Çap et
ABŞ-dan Türkiyəyə növbəti xəyanət:
ABŞ Müdafiə Nazirliyi tərəfindən Suriyanın şimalındakı YPG/PKK silahlılarının hərbi potensialını gücləndirmək üçün 2022-ci ildə 177 milyon dollar ayrılacaq.

Növbəti il üçün nəzərdə tutulan büdcə layihəsi Konqresdə Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Layihəyə əsasən, Pentaqonun ümumi büdcəsi 778 milyard dollar olacaq. Həmin vəsaitin 522 milyon dolları İraq və Suriyada İŞİD-lə mübarizəyə sərf olunacaq. Vəsaitin 345 milyon dolları İraq üçün nəzərdə tutulub, Suriya üçün nəzərdə tutulan məbləğ isə 177 milyon dollardır.

Həmin vəsait isə ABŞ-ın “Suriya Demokratik Qüvvələri” adlandırdığı və kürdlərdən ibarət silahlı birləşmələrə xərclənəcək. Hansı ki, sözügedən silahlı birləşmələr YPG/PKK terrorçularından təşkil olunub.

Son illərdə ABŞ-ın YPG/PKK terrorçularına dəstək verməsi Türkiyə ilə münasibətlərinin pozulmasına səbəb olub. Həmçinin, ABŞ-ın bu addımı Türkiyənin Rusiyadan yenidən “S-400” zenit-raket kompleksi almaq üçün danışıqlara başlamasına cavab xarakteri kimi də qiymətləndirilir.

Maraqlıdır, ABŞ-ın bu addımı həqiqətən Türkiyəyə verilən bir mesajdır?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Pentaqonun ayırdığı büdcə Türkiyəyə qarşı istifadə olunan bir təsir vasitəsidir:

“Uzun illərdir ki, ABŞ Türkiyənin həyata keçirdiyi fəaliyyətdən narazılıq əlaməti olaraq PKK-nı silahlandırır. Suriya və İraqda olan müxtəlif qüvvələrə yardımlar edir. Rusiya və Türkiyə arasındakı “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı məsələlər gündəmə gəldiyi zaman, bu yardımın edilməsi heç də təsadüfi deyil.Nəzərə almaq lazımdır ki, son zamanlarda ABŞ və Türkiyə arasında müəyyən yaxınlaşmalar var. Əfqanıstanda baş verən proseslərlə bağlı olaraq, ABŞ Türkiyənin üzərinə yeni vəzifələr qoyub. Kabil hava limanının təhlükəsizliyinin həyata keçirillməsi və onun idarəçiliyinə nəzarət edilməsi, Yaxın Şərqdə NATO-nun ən etibarlı müttəfiqlərindən biri olan Türkiyəyə böyük etimad göstərilir.Lakin buna rəğmən, bu cür cılız addımlar atılır.

Bunlar Türkiyənin təhlükəsizliyini təhdid edən addımlardır. Hesab edirəm ki, bu ABŞ və Türkiyə münasibətlərinə də kölgə salır. Ona görə də ABŞ kürd silahlı qruplaşmalarına yardımlardan əl çəkməlidir. Əks təqdirdə Türkiyə də, münasibətləri daha da dərinləşdirə bilər. Bununla da, regionda təhlükəsizliyin qorunması ilə bağlı yeni suallar meydana gələ bilər. Türkiyə bölgənin təhlükəsizliyi və gələcəyilə bağlı çox mühüm addımlar atır.Düşünürəm ki, bunları nəzərə almaq lazımdır. Türkiyə müstəqil siyasət həyata keçirən böyük bir dövlətdir və NATO-nun ikinci böyük ordusuna malikdir. Son illər Türkiyənin həyata keçirdiyi siyasət bütün dünya tərəfindən izlənilir və təqdir olunur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.