Ərdoğanın sərt açıqlamasına Baydendən bir cümləlik cavab
28-09-2021, 00:08
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400 müdafiə sistemləri barədə sərt açıqlamasına amerikalı həmkarı Co Bayden münasibət bildirib.
AMİA.AZ xəbər verir ki, jurnalistin sualına Bayden “Bu məsələləri çoxdan keçdik” deyə cavab verib. Qeyd edək ki, amerikalı jurnalistin “Deyəsən, daha bir partiya S-400 almağı planlaşdırırsız?” sualına Ərdoğan belə cavab verib:
“Bundan sonra da kimsə bizim müdafiə sistemlərimizi hansı ölkədən, nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bunun qərarını biz veririk. Ona kimsə qarışa bilməz”.