Həbib Nurməhəmmədov Türkiyədə hotel tikdirir - FOTO

28-09-2021, 08:39           
Həbib Nurməhəmmədov Türkiyədə hotel tikdirir - FOTO
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Türkiyənin cənubunda, Aralıq dənizi sahilində yerləşən kurort şəhəri Alanyada hotel inşa etdirir.

Keçmiş UFC çempionu bu gün Alanyada İslam konsepsiyası standartları səviyyəsində inşa ediləcək hotelin tikinti meydançasında olub, layihə ilə yaxından tanış olub.

Keçmiş peşəkar döyüş ustası vurğulayıb ki, bu günə qədər oxşar bir layihə ilə rastlaşmayıb:

“İslami baxımından da çox gözəl bir layihədir. Burada həm sərmayəm, həm də öz mənzilim olacaq”, - deyə Həbib Nurməhəmmədov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru