Dollar 9 lirəyə daha da yaxınlaşdı - TÜRK LİRƏSİ UCUZLAŞIR

30-09-2021, 09:11           
Dollar 9 lirəyə daha da yaxınlaşdı - TÜRK LİRƏSİ UCUZLAŞIR
Dollar/Türk Lirəsi (TL) məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 23 Sentyabr 2021-ci il tarixində pul siyasəti faizini 1,00 bənd azaltdığı barədə qərarını açıqlandıqdan sonra yüksəlməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Dollar/Türk Lirəsi (TL) məzənnəsi 8,9464-ü test edərək bütün zamanların ən yüksək səviyyəsini görüb.

Türkiyə Mərkəz Bankı pul siyasət faizini 1,00 faiz bəndi endirərək 19%-dən 18%-ə salıb. Bazarın gözləntisi faizin 19%-də sabit saxlanacağı istiqamətində idi.

Türkiyə Mərkəzi Bankının Avqust ayında bazar iştirakçıları ilə apardığı sorğuya görə, 2021 ilin sonu üçün dollar/TL proqnozu 8,94 Türk Lirəsi, 12 ay sonra üçün isə 9,37 Türk lirəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru