PKK-nın erməni komandiri "türk bıçağı" ilə məhv edildi - DETALLAR

30-09-2021, 12:46           
PKK-nın erməni komandiri "türk bıçağı" ilə məhv edildi - DETALLAR
Türkiyə mətbuatı Milli İstihbarat Təşkilatının və INTERPOL-un axtarış siyahısında qırmızı xətlə keçən terrorçu Engin Karaaslanın məhv edilməsi üzrə uğurlu bir əməliyyat keçirdiyini yazıb.

Milli.Az xəbər verir ki, pilotsuz uçuş aparatının köməyi ilə endirilən zərbə Suriyanın Kamışlı şəhəri ərazisində baş tutub. Terrorçunun mühafizəçiləri ilə sərhəd qəsəbəsi boyunca hərəkət etdiyi Toyota Land Cruiser avtomobilinə yüksək dəqiqliklə zərbə endirilib.

R9X bıçaqlı raket "General Atomics MQ-9 Reaper" pilotsuz uçuş aparatlarının geniş çeşidinə daxildir. Bu əməliyyat Əhməd Həsən Əbu Xeyr əl-Masrinin İdlibdə məhv edilməsini xatırladıb. Haydar Varto ləqəbli Engin Karaaslanın ortadan qaldırılması mühüm bir nailiyyətdir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.