Türkiyə ordusunun inventarında daha bir ABŞ sistemi yerliləşdirilir

8-10-2021, 00:01           
Türkiyə ordusunun inventarında daha bir ABŞ sistemi yerliləşdirilir
Müdafiə sənayesində xarici asılılığı azaltmağa çalışan Türkiyə bu mövzuda daha bir addım atır. Ordu.az xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdə istifadə edilən ABŞ istehsalı “Phalanx” yaxın mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi Türkiyə müdafiə sənayesinin imkanları ilə istehsal edilən yeni sistemlə əvəzlənəcək.

Türkiyə Hərbi Dəniz Qüvvələri uzun müddətdir ki, dəniz platformalarında yaxın mənzilli HHM üçün ABŞ istehsalı “Phalanx” sistemindən istifadə edir. Ölkənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti milli resurslarla “Phalanx”ın ekvivalenti olan yeni sistem inkişaf etdirmək səylərində əhəmiyyətli irəliləyiş əldə edib.

Sistemin prototipi Ankarada keçirilən Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsində sərgilənib.

MKE rəsmilərininverdiyi məlumata görə, sistem gəmiləri idarə olunan raketlərdən, “hava-yer” raketlərindən, qanadlı raketlərdən, Pilotsuz Uçuş Aparatlarından (PUA), təyyarələrdən və helikopterlərdən qoruya bilər. Sistemdəki elektro-optik sistemdə termal kamera, gündüz kamerası və lazer məsafə ölçən var. Atış gücü dəqiqədə 4000 atışdır və 2000 metr məsafəyə malik olan sistem 20 mm fırlanan lüləli silah sistemindən istifadə edəcək.

Atış sürəti 3000-4000 atış/dəqiqəyə çatan zaman sistemin çəkisi 3500 kiloqram olacaq. Qurudakı kritik baza və qurğuları qorumaq üçün sistemin yeni versiyasının hazırlandığı da bildirilib.

Şirkət rəsmiləri sistemin testlərinin tezliklə başlayacağını və sistemin 2022-ci ilin sonuna qədər istifadəyə hazır olacağını qeyd ediblər.

Sevinc Əliyeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.